Xəbər lenti

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı (FOTO)
Ölkə22:51 21.08.2025

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkir rayonunda kütləvi zəhərlənmənin baş verdiyi dönərxananın fəaliyyəti tam dayandırılıb.
Qaynarinfo xəbər verir ki, bu gün AQTA rəsmiləri tərəfindən 24 nəfərin zəhərləndiyi ehtimal olunan "Almalı” dönər evinin qapısına möhür vurulub, qidalardan nümunələr götürülüb.
Qeyd edək ki, TƏBİB-dən verilən son məlumata görə, zəhərlənmə şübhəsi ilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 14-ü azyaşlı olub.