Xəbər lenti

Kövrək kadrlar: uşaq ilk dəfə anasını gördü - VİDEO
Ölkə08:11 08.04.2016

Kövrək kadrlar: uşaq ilk dəfə anasını gördü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiçik Leopold Uilbur Reppond nadir və ağır xəstəliklərdən sayılan dəri-göz albinizmi (Oculocutaneous Albinism, OCA) və ya hipopiqmentasiyaya mübtəladır. Belə xəstələrin dəriləri və saçları ifrat ağ olur, görmə qabiliyyətlərində ciddi problemlər müşahidə olunur.

Leopoldun atası, 39 yaşlı Devid Reppondun dediyinə görə, anadangəlmə albinizm xəstəsi olan oğlu dünyaya gələndən bəri anasını normal görməmişdi.

Onun gözlərinə eynək taxılandan sonra balaca Leo həyatında ilk dəfə anasını görüb.

"Bu anları çəkəndə kövrəlmişdim, ağlayırdı. Əlim titrəyirdi. Düşünün ki, oğlum ilk dəfə anasını görürdü. Çox gözəl anlardı. Evdə hamı kövrəlmişdi", - Devid deyib.

Leopold Reppond atası Devid və anası, 35 yaşlı Ayrinlə birlikdə ABŞ-ın Vaşinqton ştatındakı Sietl şəhərində yaşayır.

Dəri-göz albinizmi dünyaya gələn hər 2 min uşaqdan birində olur.

Devidin dediyinə görə, oğlu Los-Ancelesdəki tanınmış pediatr-oftalmoloq Kennet Rayt tərəfindən müalicə olunur.

MİRAFLEX eynəyini də balaca Leopold üçün məhz şəkim məsləhət bilib.

Bu eynəklərin normal linzaları var. Lakin MİRAFLEX rezindən hazırlandığından vintləri, şarnirləri, iti tinləri yoxdur və uşaqlar üçün tam təhlükəsizdir.

Dəri-göz albinizmi xəstəsi olan uşaqlar böyüyəndə səhhətlərində ciddi problemlərlə qarşılaşırlar. Belə ki, onların dərilərində piqmentasiya güclü olduğundan xərçəng şişi və melanoma riski dəfələrlə artır.

Belə xəstələrin göz bəbəklərində zəruri piqment olmadığından onlarnı görmə qabiliyyətinin zəifliyi sonucda korluqla nəticələnə bilər.//milliaz

Qaynar.info