Xəbər lenti

KXCP sədrinin müşaviri dünyasını dəyişib
Ölkə05:36 19.09.2013

KXCP sədrinin müşaviri dünyasını dəyişib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin qərb bölgəsi üzrə müşaviri, partiya Ali Məclisinin üzvü Əli Abdullayev dünyasının dəyişib.

Bu barədə APA-ya KXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib. Onun sözlərinə görə, Ə. Abdullayev gecə saatlarında qəflətən vəfat edib: “Əli Abdullayev milli azadlıq hərəkatının ilk günlərindən hərəkata qoşulmuş, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə aparan insanlardan biri olub. Biz bunu partiyamıza və demokratik qüvvələrə ağır bir itki kimi qiymətləndiririk”.
 
X. Teyyublu qeyd edib ki, KXCP rəhbərliyi Gədəbəy rayonunda mərhumun yas mərasiminə qatılacaq.

Qaynar.info