Xəbər lenti

Laçına köçən aktyor danışdı: ”Hələ iş tapa bilməmişəm”
Ölkə10:47 22.11.2023

Laçına köçən aktyor danışdı: ”Hələ iş tapa bilməmişəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həyat yoldaşım Laçında orta məktəbdə psixoloq işləyir".
Bunu Qaynarinfo-ya açıqlamasında Laçın rayonuna köçən Bakı Uşaq və Gənclər Teatrının aktyoru Rauf Şahsuvarov deyib. 
Aktyor Laçına köçsə də, hələ iş tapmadığını deyib:
"Hələ iş axtarıram, ixtisasım üzrə iş olsa, işləyəcəyəm. Həyat yoldaşım orada işlədiyindən mən də Laçında yaşamağa qərar verdim, arada Bakıya gəlib-gedəcəyəm".
Qeyd edək ki, Rauf Şahsuvarov Bakı Uşaq və Gənclər Teatrında işləyib. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və "O dünyadan salam", "Lal", "Yol yoldaşları", "QAZ", "Kəndim+nizə qayıdın!?", "Sübhün səfiri", "Oğlan evi 2", "Hoqqa", "Sən demə" filmlərində, "Pərvanələrin rəqsi", "Sonuncu fəsil", "Qız atası", "Vicdan haqqı", "Əqrəb mövsümü" seriallarında yaddaqalan obrazlar yaradıb. 
Bahar Rüstəmli