Xəbər lenti

Laçında məskunlaşan sakinlərin sayı açıqlandı
Ölkə09:35 28.05.2025

Laçında məskunlaşan sakinlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb.
Bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib.
Məlumata görə, 30-31 mayda Bəylik kəndinə sakinlərin növbəti köçü başa çatacaq.
H.Quliyev əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında travmay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı opbyektlərin tikilməsi planlaşdırılır:
"Eyni zamanda Laçında Həkəri bulvarı mövcuddur. Onun uzunluğu 2 kilometrə çatır". //Report