Xəbər lenti

Laçının iki kəndinin tikintisinə başlanılır
Ölkə15:04 30.11.2025

Laçının iki kəndinin tikintisinə başlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2026-cı ildə Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu "MDB-nin mədəniyyət paytaxtı – 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq Yeni Qorçu qəsəbəsində də söküntü işlərinə başlanılıb:
"Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesinə başlanılacaq".
Məsim Məmmədov Laçın şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məhəlləsinin də artıq layihələndirmə işlərinin başa çatdığını qeyd edib: "Növbəti ildə yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçinin Laçın şəhərində yeni obyektlərin istifadəyə verilməsi gözlənilir".
Xüsusi nümayəndə Güləbird kəndində bərpa-tikinti işlərinin davam etdiyini qeyd edib.