Xəbər lenti

Laçınlılar Zərdab-Ağcabədi yolunu kəsdilər
Ölkə14:56 11.03.2013

Laçınlılar Zərdab-Ağcabədi yolunu kəsdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat  12-13 radələrində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər 35-ə qədər minik avtomobili ilə Zərdab-Ağcabədi magistral yolunu kəsiblər.  

Bu barədə musavat.com-a məlumat verən mənbə bildirib ki, laçınlılar aksiya zamanı sosial tələblərlə çıxış ediblər. Laçınlıların narazılığının ikinci səbəbi Laçın rayonuna təyin olunan yeni icra başçısı Akif Səlimovla bağlı olub.

Sakinlər A. Səlimovu tayfabazlıqda günahlandırıblar. Məlumatda bildirilir ki, istefada olan polis polkovniki A.Səlimov PKK-ya bağlı olduğu söylənilən “Diplomat” qəzetində “Kürd olmaq qəbahətdirmi?” sərlövhəli məqalələrlə çıxış edib.

Qaynar.info