Xəbər lenti

Lalə Şövkət xəstəxanaya yerləşdirildi: sabah əməliyyat olunacaq
Ölkə06:49 21.08.2020

Lalə Şövkət xəstəxanaya yerləşdirildi: sabah əməliyyat olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.
Bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib. S.Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir:
"Uzun illərdir, Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu. Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.