Xəbər lenti

“Lalə-Təpə” Avropa çempionatında – “Milan” və “Valensiya”ya qarşı
İdman08:23 01.05.2016

“Lalə-Təpə” Avropa çempionatında – “Milan” və “Valensiya”ya qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il sayca III dəfə Türkiyənin paytaxtı İstanbulda təşkil olunacaq klublararası Avropa Çimərlik Futbolu Çempionatı 2016 turnirində Azərbaycan da təmsil olunacaq.
Cümhuriyyət.az xəbər verir ki, 3-5 iyun aralığında keçiriləcək turnirdə Azərbaycanı yeni yaradılmış “Lalə-Təpə” klubu təmsil edəcək. İtaliyanın “Milan”, İspaniyanın “Valensiya”, Türkiyənin “Antalyaspor” klubları çempionluq yarışında “Lalə-Təpə”nin rəqibi olacaq.
Klubun təsisçisi Elvin Quliyev Cümhuriyyət.az-a açıqlamasında “Lalə-Təpə”nin Azərbaycan milli komandasının çimərlik futbolçularından təşkil olunacağını və Türkiyə yığmasından da futbolçu cəlb etmək istədiklərini bildirib: “Kluba ilk dəstəyi AFFA və Çimərlik Futbolu Federasiyası verdi. Məqsədimiz şəhidlərin qanı ilə tanıtdığımız Lalə Təpəni tanıtmaqdır” – deyə Quliyev əlavə edib.
Qeyd edək ki, çempionat 550 ton dəniz qumu tökülərək qurulan “Marmara Forum”da təşkil olunacaq. "NTV Spor", "BeİN Sports" kimi tanınmış idman telekanllarından yayımlanacaq.
Qaynarinfo.az