Hazırda Aslan Aslanovun oğlu Ruslanın öldürülməsində günahlandırılıb ömürlük həbs cəzası alan Vüqar Əliyevin vəkili Adəm Məmmədov onunla görüşəcək.
A.Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Penitensiar Xidmət görüş üçün müraciətə razılıq verib: “Məktub poçtla göndərilib. Bu gün gedib poçtdan məktubu götürəcəyəm. Fevralın 9-da gedib Vüqarla görüşəcəyəm.
Əfv ərizəsi də hazırdır. Vüqarla görüşəndə imzalayacaq. Ərizədə hüquqi formada qanunsuzluqlar izah edilib. Hökmdə göstərilir ki, Vüqarın atası Ruslanın öldürülməsindən bir neçə ay əvvəl Aslan Aslanovu ölümlə hədələyib. Əgər olubsa, niyə Aslan Aslanov o müddət ərzində hüquq-mühafizə orqanlarına müraciət etməyib?!”
Vəkil qeyd edib ki, Vüqar indiyə kimi bilinməyən məsələləri açıqlayacaq: “Ehtimal var ki, Vüqar Lamiyənin uşağının atasının kimliyini bilir. Onunla görüşəndən sonra ilginc məlumatlar açıqlayacağam. Vüqar indiyə kimi bilinməyən məsələləri açıqlayacaq”.
Qaynar.info