Dünya 16:48 11.08.2022

Latviya parlamenti Rusiyanı terrorizmi dəstəkləyən dövlət elan etdi

Latviya parlamenti bu gün (11 avqust) Ukraynadakı münaqişələrə görə Rusiyanı terrorizmin himayədarı elan edib.

Qaynarinfo bu barədə Azadlıq Radiosuna istinadən xəbər verir.

Qətnamədə deyilir ki, Moskvanın Ukrayna xalqına qarşı hərəkətləri terrorizmdir.

Latviya parlamenti bu layihədə 67 deputatın lehinə səs verməsi ilə qətnaməni qəbul edib. 16 deputat isə bitərəf qalıb.

 Buna cavab olaraq Moskva Latviyanı cavab tədbirləri ilə hədələyib.

"Moskva Latviyanın Rusiyanı "terrorizmi himayə edən dövlət” kimi tanıması qərarına  cavab olaraq qaşılıqlı tədbirləri görə bilər”, - Rusiyalı senator Sergey Tskov deyib.

Onun dediyinə görə, bu tədbirlərin ilk növbədə iqtisadi aspekti ola bilər, xüsusən də Rusiya ərazisindən malların tranziti qadağan olunacaq.

M.Arif