Xəbər lenti

Lavrov Rusiyanın “reallıqları nəzərə almaqla” danışıqlara hazır olduğunu açıqladı
Dünya 10:23 28.09.2023

Lavrov Rusiyanın “reallıqları nəzərə almaqla” danışıqlara hazır olduğunu açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Moskva Ukrayna hərbi münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə tamhüquqlu danışıqlara hazırdır. Bununla belə, onun sözlərinə görə, Rusiya Federasiyası üçün danışıqların "yerdə mövcud reallıqlar nəzərə alınmaqla” aparılması vacibdir.

Qaynarinfo xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində deyib.

"Biz danışıqlara hazırıq, lakin indi yerdə yaranmış reallıqları və hamıya yaxşı məlum olan mövqeyimizi nəzərə alaraq, maraqlarımızı, təhlükəsizliyimizi nəzərə alaraq danışıqlar aparmağa hazırıq”, - Lavrov bildirib.

Nazir əlavə edib ki, Rusiya Federasiyasının rəhbərliyi üçün "Rusiya sərhədlərində düşmən nasist rejiminin yaradılmasının qarşısını almaq” üçün hər şeyi etmək vacibdir.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb. Həmin ilin oktyabrında Volodimir Zelenski Vladimir Putinin prezident olduğu müddətdə Rusiya prezidenti ilə gələcək danışıqların mümkünlüyünü istisna edən fərman imzalayıb. Bu ilin mayında Zelenski Rusiya qoşunları Ukrayna ərazisindən çıxarılmayana qədər danışıqların başlamayacağını bildirib. Bu ilin sentyabrında Şərq İqtisadi Forumu zamanı Putin açıq şəkildə bəyan edib ki, Rusiya Federasiyası ilə sülh danışıqlarını bərpa etmək üçün Ukrayna prezidenti öz fərmanını ləğv etməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->