Xəbər lenti

Öldükdən sonra orqanlarınızın bağışlanmasını istəyərdinizmi?  (SORĞU)
Ölkə12:10 13.12.2017

Öldükdən sonra orqanlarınızın bağışlanmasını istəyərdinizmi? (SORĞU)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır".
Bunu orqan transplantasiyasına həsr olunmuş tədbirdə çıxışı zamanı Mərkəzi Neftçilər Xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib. O, bildirib ki, xəstələrin sayı artsa da, təəssüf donorların sayı azdır.
İnsan öldükdən sonra yaxın qohumlarının razılığı və ya sağ olarkən özünün vəsiyyəti ilə orqanlarının bağışlanması ənənəsi xaricdə geniş yayılsa da, ölkəmizdə bu heç də birmənalı qarşılanmır.
Məsələ ilə bağlı sosial şəbəkədə kiçik bir sorğu keçirdik. "Ölümünüzdən sonra orqanlarınızın bağışlanmasına icazə verərdinizmi?" sualına istifadəçilərin əksəriyyəti "bəli" cavabını versələr də, bəziləri bunun əleyhinə olduqlarını və belə bir xoşməramlı addımın bəzi işbazların gəlir mənbəyinə çevrilməsindən qorxduqlarını bildirdilər.
Qaynarinfo sorğu iştirakçılarının verdiyi cavabları sizlərə təqdim edir:
Nargilə Hüsoynova: "Bəli, bunun tərəfdarıyam, lakin istərdim ki, bağışlanan orqanlar imkanı olmayanlara çatsın, imkanı olanlar haradan olsa onu mütləq tapacaqlar".
Vaqif Hüseynov: "Yaxınlarına orqanlarımın ölümümdən sonra bağışlanmasını vəsiyyət etmişəm".
Əhmədağa Həsənzadə: "Qorxuram ki, həkimlər buna görə, adamı öldürüb orqanlarını da başqalarına satarlar".
Raqilya Kazıxanova: "Kiməsə həyat bəxş etmək özü bir yaxşılıqdır".
Həvva Ömərova: "Xeyr. Allah heç kəsi ağır vəziyyətə salmasın. Nə mən istəmirəm, nə də məndən istəməsinlər. Əgər Allah belə yazıbsa, bununla barışmaq lazımdır. Din baxımından insan bütöv yaranıb və elə də qalmalıdır".
Günay Turan: "Bir müddət də olsa, mənim orqanlarım başqasının vücudunda yaşayacaq, yəni mən yaşayacağam. Bu ki gözəl hissdir".
Vüqar Həsən: "Onu bizdən pulsuz alıb, sonra baha qiymətə satacaqlar".
Aybəniz Səmədzadə: "Mən bir orqanın başqasının həyatını necə xilas etməsinin şahidi olmuşam. Bu səbəbdən də orqanlarımın bağışlanmasını istəyərəm".
Çingiz Səfərli