
Məşhur amerikalı müğənni Ledi Qaqanın bu gün baş tutacaq Bakı 2015 Avropa Oyunlarının açılışı mərasimində səhnə alacağı gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, artıq bir müddətdir ki, bir sıra dünya ulduzlarının Avropa Oyunlarının açılışında iştirak edəcəkləri deyilsə də, oyunların mətbuat xidməti son ana qədər ölkəmizə hansı ulduzların gələcəyini açıqlamaq istəmədiyini bəyan edib.
Qeyd edək ki, müğənni Ledi Qaqa 3 saat əvvəl instagramda paylaşdığı son statusunda fanatlarına “Mən haradayam?” deyə müraciət edib. Yerli və əcnəbi ölkələrdən olan çoxlu sayda izləyicisi isə müğənninin Bakıda olduğunu iddia edib.
Qaynar.info


