
13:46
Xırdalanda baş verən dəhşətli hadisədə ölən tələbələrin adları məlum olub.
Lent.az-ın hadisə yerindəki əməkdaşının məlumatına görə, bunlar Mələk Abbasovavə
Turanə Xəlilovadır. Hər iki xanım ikinci kurs tələbəsi imiş.
Ölənlərdən 4 nəfəri Balakən, 1 nəfəri isə Cəlilabad rayonunun sakinləridir.
***
Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların ikisi tələbəymiş.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
***
"Qaynar"-ın azxeber.com-a istinadla verdiyi xəbərə görə, dünyasınıdəyişən tələbələr İqtisadiyyat və Humanitar kollecinin tələbələridir.
Qaynar.Az