Xəbər lenti

Lənkəran işıqsız qalacaq
Ölkə06:32 14.06.2013

Lənkəran işıqsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 18-də səhər saat 9.00-dan 17.00 radələrinə kimi Lənkəran rayonu ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bu barədə APA-ya Lənkəran rayon paylayıcı elektrik şəbəkəsinin baş mühəndisi Şamid Bəhrəmov məlumat verib.

Onun sözlərinə görə, Lənkəran rayonu ərazisində İpək Yolunun çəkilişi ilə əlaqədar Lənkəran rayonunu elektrik enerjisi ilə təmin edən iki dövrəli 110 kv-luq  “Lənkəran 1” və 110 kv-luq “Lənkəran 2” hava xətlərinin şəhər budaqlanmasının 1 və 2 saylı dəmir beton dayaqlarının yerinin dəyişdirilməsi və eyni zamanda həmin dəmir beton dayaqların 3 ədəd metal dayaqla əvəz edilməsindən ötrü istismar zərurəti yarandığı üçün iyunun 18-də səhər saatlarından axşam vaxtınadək Lənkəran rayonuna elektrik enerjisinin verilişi dayandırılacaq.

Qaynar.info