Xəbər lenti

Lənkəran-Lerik yolu uçdu
Ölkə10:17 12.11.2013

Lənkəran-Lerik yolu uçdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uçqun avtomobil yolunun 17-18-ci kilometrliklərində baş verib


Bu gün səhər saat 05:30 radələrindən Lənkəran-Lerik yolunun 17-18-ci kilometrliklərində avtomobil yolu uçub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 2 gün intensiv yağan güclü yağış nəticəsində ərazidə torpaq sürüşməsi daha da aktivləşib. Səhər saatlarında isə yolda uçqun baş verib.

Uçqun nəticəsində yol tamam bağlanıb. Əraziyə mütəxəssislər cəlb olunub. Hazırda yolda 43 saylı Lerik Yol İstismar İdarəsinin əməkdaşları və ağır texnika işləyir.

Qeyd edək ki, bu hadisə birinci dəfə deyil. Bir neçə ildir ki, yolda uçqun davam edir.


Qaynar.info