Xəbər lenti

Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib (VİDEO)
Ölkə18:05 07.01.2018

Lənkəran-Lerik yolunda sürüşmə aktivləşib (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran-Lerik yolunun bir neçə hissəsində sürüşmə aktivləşib.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, ərazidə sürüşmə daha çox yağışlı-qarlı havalarda tez-tez baş versə də, son günlər havaların quraq keçməsinə baxmayaraq aktivləşmə atıb. Dağdan gələn qaya parçaları, daş, gil və torpaq qatı yolun hərəkət hissəsinə tökülür. Bu da avtomobillərin gedib-gəlməsində maneələr yaradır.
Sakinlərin sözlərinə görə, sürüşmə yaya qədər davam edir. Bu vəziyyət sürücülər kimi adi vətəndaşların da işini xeyli çətinləşdirir.
Avtomobil Yolları Dövlət Agentliyinin yerli şöbəsindən verilən məlumata görə, ərazidə mütəmadi olaraq təmizləmə işləri həyata keçirilir.