
Bu səhər Lənkəranda 3,5 bal gücündə zəlzələ olub
Bu gün səhər saat 04:34 radələrində Lənkəranda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ Lənkərandan 24 km qərbdə 3,5 bal gücündə qeydə alınıb. Yeraltı təkan yaşayış məntəqələrində hiss olunub.
Yeraltı təkan nəticəsində dağıntı olmayıb.
Qaynar.info