Xəbər lenti

​​​​​​​Lənkərana, Quba şəhərinə və rayonun bəzi kəndlərinə giriş-çıxış dayandırılıb
Ölkə17:36 14.10.2020

​​​​​​​Lənkərana, Quba şəhərinə və rayonun bəzi kəndlərinə giriş-çıxış dayandırılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran rayonunun, Quba şəhərinin və Quba rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib.
Qaynarinfo xəbər verir ki, qərara əsasən operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə də giriş-çıxış dayandırılır.
Qərar 2020-ci il 15 oktyabr saat 00:00-dan qüvvəyə minir.