Xəbər lenti

Lənkəranda 22 yaşlı gənc özünü bıçaqlayıb
Ölkə17:00 06.01.2017

Lənkəranda 22 yaşlı gənc özünü bıçaqlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran rayonunda 22 yaşlı gənc özünü bıçaqlayıb. Hadisə rayonun Girdəni kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini 1994-cü il təvəllüdlü Cabir Vüqar oğlu Rzayev aldığı çoxsaylı xəsarətlərlə Lənkəran rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxandan bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti ağırdır.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. C.Rzayevin yaxınları onun özünü bıçaqladığını bildiriblər: "İçkili vəziyyətdə evə gəlib pəncərənin şüşələrini əli ilə qırdı. Həmin vaxt qol niyihəsindən xəsarət aldı. Sonra bıçaqla özünə bir neçə dəfə xəsarət yetirdi". 

Faktla bağlı araşdırma aparılır. (Report)

Qaynarinfo.Az