Xəbər lenti

Lənkəranda 40 ildən artıqdır təmir olunmayan məktəblə bağlı qərar verildi (FOTOLAR)
Ölkə06:59 20.08.2020

Lənkəranda 40 ildən artıqdır təmir olunmayan məktəblə bağlı qərar verildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəranın Aşağı Nüvədi qəsəbəsindəki orta məktəbin 40 ildən artıqdır ki, təmir olunmaması ilə bağlı Qaynarinfo-da yayımlanmış xəbərdən sonra Azərbaycan Təhsil Nazirliyinin əməkdaşları məktəbin direktoru ilə əlaqə saxlayaraq, ümumi vəziyyət barədə məlumat əldə ediblər. 
Bu barədə Qaynarinfo-ya məqalənin müəllifi, şair Səfa Rəşid məlumat verib.
Bildirilir ki, avqustun 18-də Lənkəran şəhər İcra nüməyəndəliyi, Lənkəran şəhər Təhsil Şöhbəsinin əməkdaşları məktəbin direktoru ilə birlikdə məktəbə ümumi baxış keçiriblər.
Qeyd edək ki, məktəbin təmiri ilə əlaqədar müsbət dəyişiliklərə nail olunub və yaxın vaxtlarda dövlət proqramı ilə təmir olunmasına qərar verilib.
Səfa Rəşid Təhsil nazirinə yaranmış ağır vəziyyətlə əlaqədar göstərdiyi diqqət və qayğıya görə Aşağı Nüvədi qəsəbə orta məktəbinin direktoru və qəsəbə sakinləri adından təşəkkürunu bildirib.