Xəbər lenti

Lənkəranda 51 yaşlı kişi intihara cəhd edib
Ölkə18:45 24.04.2016

Lənkəranda 51 yaşlı kişi intihara cəhd edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəranda intihara cəhd faktı qeydə alınıb.
Hadisə aprelin 24-də axşam saatlarında rayonun Mamusta kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Seyran Yaşar oğlu Hacıyev yaşadığı evdə kəndirdən özünü asıb. Vaxtında özünü çatdıran həyat yoldaşı S.Hacıyevin ölümünün qarşısını alıb.
Hadisə yerinə dərhal sahə həkimi çağırılıb. Müvafiq ilkin tibbi yardımdan sonra S.Hacıyev xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)
Qaynarinfo.az