Xəbər lenti

Lənkəranda 6 günlük körpə oğurlanaraq su quyusuna atılıb
Ölkə06:00 30.07.2017

Lənkəranda 6 günlük körpə oğurlanaraq su quyusuna atılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, 6 günlük körpə Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.

Hadisə səhər saatlarında baş verib. Adı hələ ki, məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.

Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Qaynarinfo.Az