Xəbər lenti

Lənkəranda ağacəkmə aksiyası - FOTOLAR
Ölkə12:43 24.03.2015

Lənkəranda ağacəkmə aksiyası - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə hər il rayonun idarə, müəssisə və təşkilatlarının, əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə kütləvi ağac əkini kampaniyaları keçirilir və bu barədə vaxtında KİV-də kifayət qədər məlumatlar yayılır. Sakinlər tərəfindən razılıqla qarşılanan bu kampaniyalar zamanı Lənkəran şəhərinin park və bağlarında, yaşayış massivlərində, küçə və meydanlarda, magistral yollarda, xüsusilə yeni asfaltlanmış yollar boyunca, qəsəbə və kəndlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində on minlərlə müxtəlif növ ağac və gül kolları əkilir, yeni yaşıllıqlar salınır. Təkcə 2014-cü ildə rayonda 53 mindən çox ağac və gül kolları əkilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna Lənkəran rayonu da birincilər cərgəsində qoşulub.

İcra Hakimiyyətindən Qaynar.info-ya verilən məlumata görə, bu marafon çərçivəsində hələ ötən il rayonda 10 mindən çox ağac əkilib, becərmə və suvarva tədbirləri həyata keçirilib.

Bu marafon çərçivəsində ümumilikdə 35 mindən çox ağac əkiləcək. Hətta havaların əlverişsiz keçməsinə baxmayaraq kütləvi ağac əkini mütəşəkkil şəkildə davam etdirilir.

Aksiyada İcra Aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri və ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.

Ağacəkmə aksiyası əhali arasında böyük razılıq hissi ilə qarşılanıb.

Hazırda eyni zamanda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 20 fevral 2015-ci il tarixli sərəncamı ilə Lənkəranda “Yaşıllaşdırma aylığı” kampaniyası da mütəşəkkil davam edir. Aylıq çərçivəsində dəmirağacı, palıd, sərv, eldar şamı, çinar, palma, akasiya və s. ağac növlərinin əkilməsi nəzərdə tutulub.

Qaynar.info