Xəbər lenti

Lənkəranda DSK-nın həyətində toyuq-cücə saxlanılır (VİDEO)
Ölkə12:22 29.07.2020

Lənkəranda DSK-nın həyətində toyuq-cücə saxlanılır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasına məxsus ərazinin həyəti təsərrüfat məqsədləri üçün istifadə edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.az-a Lənkəran sakinləri məlumat veriblər.
Bildirilib ki, DSK-ya məxsus binanın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır.
Həmin DSK-nın sədri Kərim Heydərov isə burada təəccüblü bir şey görmür. K.Heydərov açıqlamasında deyib ki, DSK-nın gözətçisi həmin ərazidə yaşayır.
"Mən özüm gözətçiyə demişəm ki, həyət-bacanı ot basmasın, ora səliqəyə salınsın. Gözətçi boranını, pomidoru əkib Moskvaya satmır. Orada ağac da əkilib, burada qeyri-adi nə var ki?!”, - deyə K.Heydərov əlavə edib.
K.Heydərov daha sonra bildirib:
"Gözətçiyə mən tapşırmışam. Səhər gələndə həyətə girirəm, baxıram görürəm ki, iki dənə xiyar. Mən də yeyirəm. Orada bütün sahə üzrə tərəvəz əkilməyib ki! Altı-yeddi dənə xiyardır, dörd-beş dənə pomidordur, iki-üç dənə də boranı”.
DSK sədri qeyd edib ki, həmin idarənin ərazisində yardımçı təsərrüfatın yaradılması qanunazidd deyil.
<iframe src="https://player.baku.tv/embed/22540" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">