
Bu gün Lənkəran Rayon Məhkəməsində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun məhkəmə prosesi keçirilib.
Qaynar.info-nun Lənkərana ezam olunmuş əməkdaşının bildirdiyinə görə, bu saatlarda Müsavat Parttiyasının fəalı Tural Bəşir azadlığa buraxılıb.
Xatırladaq ki, Yadigar Sadıqovun məhkəmə prosesinin yekunlaşmasından sonra Tural Bəşir polis əməkdaşları tərəfindən saxlanılmışdı. Hadisə şahidləri bildiriblər ki, T.Bəşir məhkəmə salonunda foto çəkmək istəyib. Bu zaman polis əməkdaşları onun fotoaparatını əlindən almış, özünü də polis bölməsinə aparmışdılar.
***
Məhkəmə prosesinin yekunlaşmasından sonra Müsavat Partiyasının fəalı Tural Bəşir polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə musavat.com-a məlumat verən hadisə şahidləri bildiriblər ki, T.Bəşir məhkəmə salonunda foto çəkmək istəyib. Bu zaman polis əməkdaşları onun fotoaparatını əlindən alıb və özünü polis bölməsinə aparıblar.
Qaynar.info