Xəbər lenti

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meşədə meyiti tapıldı
Ölkə17:39 11.08.2026

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meşədə meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.