Xəbər lenti

Lənkəranda partlayış təhlükəsi
Ölkə06:15 16.10.2014

Lənkəranda partlayış təhlükəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəranda sürücü və bir sərnişinin olduğu minik avtomobilində yanğın baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gecə saat 22:30-da Ələt-Astara magistralının 207-ci kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 26 yaşlı Elməddin Zamiq oğlu Əliyevin idarə etdiyi “VAZ-21014” markalı, 90 NP 895 dövlət nömrə nişanlı avtomobil alovlanıb. Sürücü və daha bir sərnişinin də olduğu avtomobil hərəkətdə olarkən qəfildən alışmağa başlayıb. Yanğının əhatə dairəsinin getdikcə genişləndiyini görən sürücü maşını dərhal yolun sağ hissəsinə çəkərək, sərnişinlə birlikdə avtomobili tərk etməyə müvəffəq olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyləri nəticəsində yanğın söndürülüb. Baş verə biləcək partlayışın qarşısı alınıb.

Hadisə nəticəsində xəasrət alan olmasa da, avtomobil yanaraq yarasız vəziyyətə düşüb.

Qaynar.info