Xəbər lenti

Lənkəranda polis işçiləri ağır qəzaya düşdü: 4 yaralı var
Ölkə19:25 02.08.2017

Lənkəranda polis işçiləri ağır qəzaya düşdü: 4 yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəranda beş nəfərin yaralandığı ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günehir yolunda baş verib. “Mercedes” markalı minik avtomobili dərəyə aşıb.

Qəzaya uğrayan avtomobilil sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar. Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, ikisinin vəziyyəti normaldır.

Qaynarinfo.Az