Xəbər lenti

Lənkəranda təbiət möcüzəsi - FOTO
Ölkə09:01 01.07.2014

Lənkəranda təbiət möcüzəsi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəranda Mirzəbəyli Elşənin ailəsində maraqlı bir hadisə baş verib. 

Qaynar.info xəbər verir ki, Anspress-in bölgə müxbirinin, bazardan aldığı almalardan birinin üzərində müxtəlif işarələr və açıq aydın Hüseyn kəlməsi yazılıb.

Təbiət demək olar ki, hər gün insanlara görünən və ya görünməyən qeyri-adi hadisələri göstərir. Bizim üçün daha maraq kəsb edən isə görünən faktlardır.

Elə Elşənin qarşılaşdığı bu fakt kimi. Elşən deyir ki, bir neçə gün öncə Lənkəran bazarından 2 kq. alma alıb. Almaların hamısı yeyilib və cəmi 1 alma qalıb.

Elşən həmin almanı yuyub təmizləyib və anasına aparıb. Bu zaman almanın üzərində olan naxışlar onun marağına səbəb olub. Diqqətlə almaya baxandan sonra alma üzərində hansısa yazılar yazıldığının şahidi olub. Hətta Hüseyn yazısını açıq aydın oxumaq olur.

Elşən bildirir ki, evlərində bir neçə dəfə belə hadisələrə rast gəlib. Buna səbəb isə evlərinin yaşının 200 ilə yaxın olması və bu illər ərzində də evlərində müqəddəs insanlar, seyidlər, möminlərin yaşamasıdır.

Qaynar.info