Lənkəranın bir hissəsində içməli suyun verilişində fasilələr olacaq
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xanbulan su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar 10-12 dekabr 2013-cü il tarixlərində Lənkəran şəhəri, Bürcəli, Gərmətük, Kosalar, Yuxarı Nüvədi və Hirkan kəndlərinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.