
500-ə yaxın sakin ölkə başçısına müraciət etdi
Lənkəran rayon sakinləri Məhkəmə-Tibb-Eksperti Rafiq Qasımova qarşı ittiham irəli sürüblər. Rayondan Qaynar.info-ya daxil olan məlumata görə, ekspertin verdiyi saxta rəy iki günahsız şəxsin qanunsuz həbsinə səbəb olub.
İki gün öncə rayonun 100-ə yaxın sakini məhkəmə binası qarşısında toplaşaraq baş verən qanunsuzluğa etiraz edib. Hazırda Lənkəranda ciddi sosial narazılıq və gərginlik yaşanır.
Bu gün rayonun 500-ə yaxın sakini prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət edərək baş verən qanunsuzluğa görə tədbir görmələrini xahiş ediblər. Onlar həbs olunanların azadlığa buraxılmasını, ekspertin isə məsuliyyətə cəlb olunmasını istəyirlər.
Qaynar.info həmin müraciəti təqdim edir:



