Xəbər lenti

Lənkərandan Rusiyaya birbaşa uçuş
Ölkə09:39 14.06.2015

Lənkərandan Rusiyaya birbaşa uçuş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sibir regionunda, xüsusən də Novosibirsk əyalətində yaşayan cənub bölgə sakinlərinin yol narahatlığına bu gündən son qoyulub.
Anspress-in məlumatına görə, yeni fəlaiyyətə başlayan Novosibirsk-Lənkəran-Lənkəran-Novosibirs birbaşa reysi Sibir bölgəsində yaşayanlara bu imkanı yaradıb.
Birbaşa reysi 75 yerlik An-148 təyyarəsi həyata keçirir.aviokompaniyanın təmsilçisi birbaşa reysin sərnişinlərin rahatlığı ilə yanaşı, bölgədə turizmin inkişafına da müsbət təsir edəcəyi qənaətindədir.
Aviakompaniyada yeni reysin rəhbəri Dmitri Mislikov reys haqqında bu sözləri dedi: "Bizə çox xoşdur ki, nəhayət təyyarə ilə uçub sizə qonaq gəldik. İndi Azərbaycan öz inkişafı, tərəqqisi ilə bütün dünyanın diqqətindədir. Sibir regionu sakinləri çox sevinir ki, nəhayət ki, Lənkərana - bu gözəl istirahət güşəsinə, kurort məkanına birbaşa reys açıldı".
Hələlik Lənkəran - Novosibirsk birbaşa reysi həftədə bir dəfə uçuş həyata keçirir. Gələcəkdə tələbat olacağı təqdirdə reyslərin sayı artırıla bilər. 
Təyyarə saat 11-də Lənkərana təyyarə enir, 12-də qalxır. 75 sərnişinlk təyyarə Rusiya istehsalıdır.
Reyslə uçuş müddəti 4 saat 40 dəq, biletin gediş qiyməti 270 manat, hər iki tərəfə gedib gəlmək isə 524 manat təşkil edir.
Qaynar.info