
Kriminal yığıncaq “Lənkəranski”nin yaxın dostu Merab Canqveladzenin (“Merab Suxumski”) rəhbərliyi altında keçirilib. Buna qədər yayılan xəbərlərdə deyilirdi ki, tanınmış oğrular Merab Baxiya, “Roin Uqlava, İrakliy Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadze iştirak ilə baş tutan "sxodka"da “Rövşən Lənkəranski”nin qətlinin təşkilatçı və icraçılarına ölüm hökmü çıxarılıb.
Həmin “sxodka”da qeyri-millətlərdən olan avtoritetlərin Rusiyadan sıxışdırlıb çıxarılması da müzakirə mövzusu olub. Slavyan mənşəli avtoritetlərə qarşı yeni cəbhənin açılması da qərarlaşdırılıb. Rusiyanın rosbalt.ru saytı yazır ki, “sxodka”da gözlənilməz olan bu mövzu müzakirə edilərkən slavyan mənşəli “qanuni oğru”lar - “Petrik” ləqəbli Aleksey Petrov, “Şişkan” ləqəbli Oleq Şişkanov, “Tyurik” ləqəbli Vladimir Tyurin hədəf seçiliblər.
Bu il avqustun 18-də öldürülən “Rövşən Lənkəranski”nin mənsub olduğu klanı “türk” klanı adlandıran sayt yazır ki, “Merab Suxumski” və ətrafı “sxodka”da slavyan “qanuni oğru”ların Rusiya kriminal aləmini ələ keçirdiyini bildirib. Ətrafını slavyanları bu aləmdən “təmizləməyə” çağırıb. “Sxodka”da slavyan “qanuni oğru”ların hazırda Yunanıstanda olan “kriminal general” “Laşa Rustavski”yə dəstək verdikləri qeyd edilib. Laşa Şuşanaşvilinin “Rövşən Lənkəranski”nin qətlində adı keçən, hazırda həbsdə olan yezdi-kürdü “Şakro Molodoy”un əvəzinə onun təmsil etdiyi kriminal qruplaşmaya namizəd olması da qeyd edilib. Bu “sxodka”dan sonra Rusiyada yerli kriminal qruplaşmalarla gəlmələr arasında qanlı “razborka”ların olacağı şübhəsizdir.