Xəbər lenti

Lənkəranskinin adamının həbs olunma səbəbi: məşhur avtoriteti öldürüb
Ölkə12:05 02.06.2018

Lənkəranskinin adamının həbs olunma səbəbi: məşhur avtoriteti öldürüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2012-ci ildə "Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən azərbaycanlı Moskvada yaxalanıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.
Saxlanılan şəxs Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub.
H. Talıbxanlı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mayın 31-də saxlanılıb.
Qeyd edək ki, Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı mərhum qanuni oğru Rövşən Lənkəranskinin ən yaxın adamlarından biri sayılırdı.