Xəbər lenti

Leonardo DiCaprionun “Oscar” nitqi - VİDEO
Ölkə07:10 01.03.2016

Leonardo DiCaprionun “Oscar” nitqi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DiCaprio-un çıxışında, sadəcə, “Sonunda qalib gəldim, təşəkkürlər” deməsindən əlavə nitq söyləməsi onun ulduz olduğu filmin dayandığı problemləri həqiqətən diqqətə alması deməkdir. DiCaprio-nun bu vacib çağırışı onun niyə Oscar-a layiq olduğunu bir daha nümayiş etdirir.

Hər kəsə dərin təşəkkürümü bildirirəm.

Akademiyaya ( The Academy) və burada olan hər kəsə minnətdaram. Bu məkanda olan digər möhtəşəm nominantları mükəmməl ifaları münasibəti ilə təbrik etmək istərdim.

“The Revenant” birlikdə işlədiyim mükəmməl aktyor qrupunun və çəkiliş komandasının tükənməz səylərinin məhsuludur. İlk öncə, mənim qardaşım cənab Tom Hardy-ni qeyd etmək istərdim. Tom, ekranda göstərdiyin mükəmməl istedadı ancaq ekrandan kənara məhz cənab Alejandro İnarritu çıxara bilərdi. Film tarixi davam etdiyi müddətdə siz son 2 ildə bu tarixdə öz yolunuzu cızmış oldunuz. Necə də istedadlı insanlarsız!

Bizə möhtəşəm film təcrübəsi yaratdığınız üçün sənə və Chivo-ya [Emmanuel Lubezki] sonsuz minnətdarlığımı bildirirəm.

Fox və Regency-dən olan hamıya təşəkkür edirəm. Ana Melching, sən bütün bu işlərin qalibisən.

Təşəkkürlərimi karyeramın ilk addımlarında mənimlə birlikdə olan, məni ilk filmə çəkən cənab Cayton Jones-ə, mənə film sənətini dərindən öyrədən cənab Martin Scorsese-yə bildirmək istəyirəm. Cənab Rick Yorn, məni bu sahəyə yönləndirməkdə olan səylərinizə görə çox sağolun. Və mənim valideynlərim, sizlər olmasaydınız bunların heç biri ərsəyə gəlməzdi, həmçinin dostlarım, sizi çox sevirəm, kimləri nəzərdə tutduğumu bilirsiniz.

Və sonda demək istəyirəm ki, “The Revenant” filmi insanın real dünya ilə əlaqəsini göstərmək üçün çəkilib, o dünya ki, 2015-ci ildə tarixə ən isti ilini yaşamış kimi qeydə alındı. Bizim şirkət qar tapa bilmək üçün planetin cənub bucaqlarına qədər gedib, çıxası oldu. İqlim dəyişikliyi realdır və hal-hazırda baş verən prosesdir. Bu, bütün canlı aləm üçün ən labüd təhlükədir və biz birlik olub bunun qarşısını almalıyıq.

Biz dünya ətrafında olan böyük korporasiyalar adına deyil, bütün bəşəriyyətin, dünyanın kimsəsiz insanlarının, çətinliyə düçar olan milyardlarla ümidsiz əhalinin, bizim övladlarımızın övladlarının və siyasi acgözlük nəticəsində səsləri boğulan insanların adından danışan dünya liderlərini dəstəkləməliyik.

Bu misilsiz mükafata görə sizlərə minnətdaram. Gəlin, anlayaq ki, planetimiz əbədi deyildir. Elə bu günkü gecənin özü kimi.

Qaynar.info