Xəbər lenti

Lerikdə 8 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı DİN-dən açıqlama
Ölkə14:47 04.09.2022

Lerikdə 8 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı DİN-dən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəranda turist daşıyan avtobusun qəzaya uğramasının bəzi detalları məlum olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilir ki, hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.
İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb.
Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.