Xəbər lenti

Lerikdə 9 nəfərlik ailə çadırda yaşamaq məcburiyyətində qalıb (VİDEO)
Ölkə11:48 26.08.2020

Lerikdə 9 nəfərlik ailə çadırda yaşamaq məcburiyyətində qalıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lerik rayonu, Tikəband kənd sakini Rövşən Cahangirov evinin sürüşmə zonasında yerləşdiyindən qəzalı vəziyyətə düşdüyünü bildirir.
AzToday.az xəbər verir ki, kənd sakini hadisə ilə bağlı aylardır aidiyyatı qurumlara müraciət etsə də, heç bir qurum tərəfindən onun şikayətinə baxılmayıb. Düşünəndə ki, bu evdə 9 nəfərlik ailə yaşayır, adam dəhşətə gəlir.
FHN əməkdaşları evə qanuni baxış keçirsələr də onlardan bir xəbər çıxmayıb. Nəticədə bir ailə hələ də evini itirmək qorxusuyla, çadırda yaşıyır. Pandemiyanın olduğu, virusların yayıldığı, xəstəliyin çoxaldığı bir zamanda bir ailənin daha çadırda qalması dözülməz haldır…
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/SwLIYbybmXo" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">