Xəbər lenti

Lerikdə ağır avtomobil qəzası: yaralananlar var
Ölkə09:34 23.04.2013

Lerikdə ağır avtomobil qəzası: yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

6 metr olan körpüdən çaya düşüb, üç nəfər xəsarət alıb

Azərbaycanın Lerik rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Lənkəran-Lerik şose yolunun 41-ci kilometrliyində, rayonun Günəşli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 Lənkəran istiqamətində hərəkətdə olan Bakı şəhər sakini, 23 yaşlı Elvin Hafiz oğlu Zülfüqarovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq hündürlüyü 6 metr olan körpüdən çaya düşüb.

 Hadisə nəticəsində avtomobildə olan sərnişinlər -  Lerik rayonunun Cəngəmirən kənd sakinləri, 50 yaşlı Vidadi Heybət oğlu Qafarov, onun oğlu, 24 yaşlı Orxan Heybətzadə və 53 yaşlı Gülnaz İxtiyar qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

İlkin versiya kimi qəzanın sərt döngəli yolda sürücünün düzgün manevr etməməsi səbəbindən baş verdiyi bildirilir.

 Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.