Xəbər lenti

Lerikdə avtomobil dərəyə aşdı, gənc müəllim öldü (FOTO)
Ölkə10:17 27.08.2020

Lerikdə avtomobil dərəyə aşdı, gənc müəllim öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, avqustun 26-da saat 18.00 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi "VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Tamerlan Əliyev Lerik Rayonu Orand kənd məktəbinin Texnologiya müəllimi işləyirdi!
Allah rəhmət eləsin!