Xəbər lenti

Lerikdə bəbir 18 yaşlı qızı parçalamayıb YENİLƏNİB
Ölkə09:10 27.03.2013

Lerikdə bəbir 18 yaşlı qızı parçalamayıb YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Qaynar.info-ya verdiyi açıqlamasında yayılan məlumatın əsassız olduğunu dedi: "Biz icra nümayəndəsi ilə əlaqə saxlamışıq, belə bir hadisə baş verməyib. Kənddən aldığımız məlumatda da belə bir halın baş vermədiyi bildirilir. Hazırda kənddə sakitçilikdir".

Komissiya sədri sonda bildirib ki, hələ kənddə bəbir heç kimi parçalamayıb.

Qeyd edək ki, bu gün mətbuatda Lerik rayonunun Hamarmeşə kəndində bəbirin 18 yaşlı bir qızı parçaladığı haqda məlumat yayılmışdı.

Qaynar.info