Xəbər lenti

Lerikdə çovğun fəsadlar yaradıb
Ölkə07:05 19.02.2017

Lerikdə çovğun fəsadlar yaradıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lerikdə güclü çovğun müşahidə edilir.

Qaynarinfo.Az Apa-ya istinadən xəbər verir ki, ötən gün saat 16 radələrindən güclü külək çovğunla əvəzlənib. Lerik-Zuvand yolunda avtomaşınların hərəkətində maneələr yaranıb. Kəlvəz, Pirəsurə, Orand, Mundigah, ümumilikdə, 12 ərazi vahidliyinə gedən yollarda hərəkət çətinləşib.

Çayrud kəndi ərazisində qar uçqunu səbəbindən yol tamamilə bağlanıb.

Qaynarinfo.Az