Xəbər lenti

Lerikdə qanunsuz onlayn qumar oynayan şəxslər saxlanıldı
Ölkə 13:21 01.10.2025

Lerikdə qanunsuz onlayn qumar oynayan şəxslər saxlanıldı

Profilaktik tədbirlərə baxmayaraq müxtəlif sayt və sosial şəbəkələrdə təşkil edilən qanunsuz onlayn qumar və mərc oyunları ilə məşğul olanlara rast gəlinməkdədir.

DİN-dən Qaynarinfo-ya bildirilib ki, Lerikdə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Pin-up", "Pinco", "1Win" adlı onlayn qumar oyunları oynayan 5 nəfər Lerik rayon sakini - İ.Qafarov, O.Heybətzadə, N.Məmmədov, C.Xosrovov, N.Mirzəyev müəyyən edilərək saxlanılıblar. 

Onlardan bəziləri hətta valideynləri və digər ailə üzvlərinin adına olan bank kartları vasitəsilə ödəniş edərək qanunsuz mərc oyunlarına qoşulublar.
Həmin şəxslərin hər biri barəsində məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunları ilə məşğul olmaq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı həm də kibercinayətin qurbanı olmaq, şəxsi məlumatların və maddi vəsaitin itirilməsi risklərini də yaradır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->