Xəbər lenti

Lerikdə qar uçqunundan sağ qalan 1 yaşlı körpə xilas edildi
Ölkə14:09 23.02.2017

Lerikdə qar uçqunundan sağ qalan 1 yaşlı körpə xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Lerik rayonunun Orand kəndində baş vermiş dəhşətli hadisə zamanı ağır xəsarət alan 1 yaşlı oğlan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılır.

 Lerik rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev Lent.az-a bildirib ki, artıq körpə kənddən götürülüb: "Hazırda rayon mərkəzinə qayıdırıq. İlkin vizual müayinə edərkən həyati təhlükəsinin olmadığını müəyyənləşdirdik. Bununla belə, dərin müayinələr aparılmalıdır. Uşaq bir neçə gün xəstəxanada qalmalıdır".

Baş həkim bildirib ki, hadisə vaxtı ailənin 4 üzvü ölsə də, 1 yaşlı Elcan beşikdə olduğundan və qalın bələndiyindən sağ qalıb.

Kəndə gedən yolun bəzi hissələrində qarın qalınlığının 2 metrə çatdığını deyən baş həkim hadisə vaxtı ev sahibinin və oğlunun tövlədə heyvanlara baxdığını və bu səbəbdən sağ qala bildiklərini əlavə edib: "Evin arxa hissəsi dağa söykənmiş vəziyyətdədir. Buradakı qalın qar kütləsi ağırlığını evin üzərinə salıb və uçqun baş verib".

Baş həkim bildirib ki, vəfat edən şəxslər bu gün dəfn ediləcək.

Qaynarinfo.Az