Xəbər lenti

Lerikdə qarın qalınlığı 1 metrə çatdı - VİDEO
Ölkə13:01 12.12.2013

Lerikdə qarın qalınlığı 1 metrə çatdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecədən dağlıq Lerik rayonuna yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

APA-nın məlumatına görə, hazırda qarın hündürlüyü rayon mərkəzində 46-50 sm, ucqar yaşayış məntəqələrində isə 1 metr təşkil edir.

Nəticədə isə nəqliyyatın hərəkəti, demək olar ki, iflic olub, kəndlərlə rayon mərkəzinin əlaqəsi kəsilib. Lənkəran-Lerik şosse yolunda da maşın-mexanizmlərin hərəkətində çətinliklər müşahidə olunmaqdadır.

Güclü yağıntı səbəbindən rayonun enerji təsərrüfatına da ciddi ziyan dəyib. Səhər saatlarından Lerik şəhəri də daxil olmaqla, 160 yaşayış məntəqəsi işıqsız qalıb. Həyata keçirilən tədbirlərdən sonra 130 kəndə və Lerik şəhərinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda rayonun digər kəndlərinə də elektrik enerjisinin verilməsi üçün təmir-bərpa işləri davam etdirilir.

 Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda mövsümün ilk qarı yağdı. Diqqətinizə çatdıraq ki, ötən il cənub bölgəsinə qar dekabrın 16-sı yağmışdı. Bu mövsüm yağan qar ötən ildəkindən nə az, nə də çox - düz 4 gün tez  qapımızı döydü.

Ötən gecədən ruzi-bərəkət rəmzi olan qar rayonun görkəmini tamamilə dəyişdi. Küçələr, binalar, parklar, bağlar, ağ örpəyə büründü. Qar, bəlkə də, yeganə təbiət hadisəsidir ki, onun yağması təkcə uşaqların deyil, eyni zamanada  böyüklərin də sevincinə səbəb olur. Baxmayaraq ki, bu təbiət hadisəsi özü ilə bərabər müəyyən qayğılar da gətirir.

Respublika ərazisində hökm sürən qeyri-sabit hava şəraitinin nə vaxta kimi davam edəcəyini öyrənmək məqsədi ilə Lənkəran Regional Hidrometeorologiya Müəssisəsində olduq. Müəssisənin direktor müavini Sabir Qubadov qarşıdakı 2 gündə də intensiv yağıntının davam edəcəyini, çaylarda sululuğun artması ehtimalı olacağını bildirdi.

Qeyd edək ki, Lənkərana fasiləsiz yağan qar hələlik rayonun gündəlik həyatında  heç bir çətinlik yaratmayıb. Nəqliyyatın hərəkətində müəyyən çətinliklər müşahidə edilsə də, enerji və təbii qazın verilişində hələ ki, problem ortaya çıxmayıb. Ümud edirik ki, gündəlik təlabatımızı ödəmək üçün istifadə etdiyimiz  kommunal  idmətlərdən qarın qapımızı döydüyü günlərdə lazımınca fayadala biləcəyik. Qışın sərt şaxtalarına baxmayaraq yağan qar lənkəranlılar üçün problem deyil, bolluq rəmzi olacaq.

Qaynar.info