Xəbər lenti

Lerikində dünəndən başlayan yanğın söndürüldü
Ölkə07:17 25.03.2018

Lerikində dünəndən başlayan yanğın söndürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında baş vermiş yanğın saat 22-50 radələrində Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar nazirliklərinin (FHN) yerli qurumlarının ciddi səyləri nəticəsində söndürülüb.
ETSN-nin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yanğın zamanı təxminən 25 sot ərazidə quru ot və kol-kos yanıb, meşə fonduna ziyan dəyməyib.
Həmçinin Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə ilə sərhəddindəki bələdiyyə torpaqlarında baş vermiş yanğın gecə saat 24 radələrində tam söndürülüb. ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının ciddi səyləri nəticəsində yanğının meşə fondu ərazisinə keçməsinin qarşısı alınıb.