Xəbər lenti

Lerikli deputatın “lyuboy” söhbəti
Ölkə12:58 07.03.2013

Lerikli deputatın “lyuboy” söhbəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmşad Ağa

Bir çoxlarından fərqli olaraq Lerikin insanını, onuntəbiətini, dağını, daşını, torpağını, suyunu, hətta qış vaxtıçaylarından axan lil suyunu da sevirəm. Məni Lerikə bağlayan onun buəzəməti – Büzeyir mağarası, Kömürgöyü, Qızyurdusu, Qız qalası, Oğlanqalası, Zuvandı, Orandı, Piranı, Deriği, Pornəymidir.

Bəli, mən Leriki bu cür görmüşəm, bu cür də sevmişəm.

MənLeriki biznes obyekti, sağmal inək, gəlir mənbəyi, istirahətguşələrindən gələn milyonlara görə sevmədim, oranı doğulduğum vəboya-başa çatdığım Vətən kimi, Azərbaycanın gözəl bir parçası kimisevdim. Ora mənim üçün “mandat bazarı”, “Relax” və ya gəlir mənbəyiolmadı, merkantil düşüncə kəsb etmədi. Duyğusal sevdim Leriki...

Bununəyə görə deyirəm? Ona görə ki, ötən gün əslən Lerikdən olan jurnalistİdrak Abbasov, rayon fəalı Azər Kazımzadə və rayonun deputatı İqbalMəmmədov (Leriklilər ona Hacı İqbal deyirlər) rayonda yaşananproblemlərdən danışdılar. Müzakirə məni tam qane etməsə də, hər halda müsbət hal idi. Ən azından ilk dəfə idi ki, (adətən, belə hallardaadamın qədəmlərinə dəmirdən-zaddan atırlar ki, uğur gətirsin) Lerikindeputatı mediaya çıxıb şikayətçilərlə üz-üzə gəlirdi. Baxmayaraq ki, otez-tez bəzi media orqanlarına açıqlama verərək rayonda heç birproblemin olmadığını, özünün də gününün Lerikdə keçdiyini deyirdi. Şübhəetmirəm ki, kimin özünün və ya qohumlarının Lerikdə “Relax”ı olsa, heçolmasa, ayda üç-dörd dəfə gedib ora baş çəkəcək. Bu da təbiidir...

Ancaqdeputat Hacı İqbalın xalqın marağından daha çox hakimiyyətin marağındançıxış etməsi onun onsuz da bəsit fikirlərini alt-üst etdi və birmənalıolaraq onu ictimai rəyə, Lerik ictimaiyyətinə uduzdurdu. Hələ bu azmışkimi deputat bildirdi ki, Lerikin “lyuboy” kəndinə gedib əhalininproblemləri ilə maraqlansanız, görəcəksiniz hər şey qaydasındadır.

Deputatınsadaladıqları və görülən işlərin çoxu ilə razılaşmaq olar. Doğrudur,Lerikdə 17 meqavatlıq modul elektrik stansiyası, 40-a yaxın məktəbtikilib, xəstəxana təmir olunub, rayonun daxili yolları abadlaşıb, birsözlə, müəyyən işlər görülüb. Onu da etiraf etmək lazımdır ki, Hacı2000-ci ilin seçkilərində leriklilərin səsini qazandı. Hətta təzyiqləüzləşib ölkəni tərk də (buna qaçmaq da demək olar) etdi. 2005-ci ildəisə seçkiyə qatılmadı. Seçkini isə şəxsən tanımadığım Vaqif Musayevuddu, ancaq qutuda qaldı...

Debatı dinləyərkənanlamadığım yalnız o 11 milyon 700 min manat məsələsi idi. Yəni Hacıiddia edirdi ki, rayonda yolların abadlaşdırılması üçün 11 milyon 700min manat vəsait ayrılıb. Axı 20 ildir rayonu kəndlərlə bağlayanyolların heç biri təmir olunmayıb. Əhali öz hesabına yolları az-mazbərpa edir. Rayondaxili yollar üçünsə bu vəsait həddindən artıq çoxdur.Maraqlıdır, bəs söhbət hansı yollardan gedir? Bakıdan Lerikə gedənyollardanmı, yoxsa başqa yollardan...

Nəhayət,bir şeyi də anladım. Hacı Lerikin problemlərinə candan yanan adammış,sadəcə biz “nankor”ların xəbəri yoxmuş. Söhbətin hansı yollardangetdiyini anlamasam da, kişinin həqiqəti dediyinə şübhə etmirəm, çünkio, Hacıdır... Hacı da ki yalan danışmaz, bəndə bəcəhənnəm, Allahıaldatmaz...

Eşq olsun, Hacı. Getdiyin yolhaqqı, burada yaxşı bir rəqəm ortaya çıxarmısan: “11 miyon 700 min”. Həmdə başqa bir söz deməmisən, sadəcə pulun ayrılmasını demisən, amma necəxərcləndiyini, hara uçduğunu deməmisən... İnşallah, növbəti debatdabunu araşdırıb “Xəlqə ağzın sirrini hər dəm qılar izharı söz...”

P.S. Hacıİqbalı da şəxsən tanımıram. Bir dəfə telefonla əlaqəmiz olub. Onda daHacı özünü sürücüsü kimi təqdim edib. Guya mənimlə özü yox, sürücüsüdanışır))). Həmin vaxt Hacı, icra hakimiyyətində çalışan bəzi şəxslər vəonların ətrafında dolaşan bəzi məddahlar elə bilirdilər ki, onlardanyazan mənəm. Əsla!!! Mən kimdən yazdımsa, açıq yazdım, həm də dahakəskin!..