Xəbər lenti

Lerikli fəal təzyiqlə üzləşib
Ölkə10:30 14.07.2013

Lerikli fəal təzyiqlə üzləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənc fəal  Azər Kazımzadəyə qarşı Lerikdə icra orqanları tərəfindən təzyiqlər davam edir. 

Bu barədə məlumatı Azər Kazımzadə özü verib. Azər Kazımzadə deyir ki, aylardı ona qarşı təzyiq edirlər: "Mənə gələn şikayətləri araşdırdıqca mənim ailəmə qarşı qeyri-etik normada və heç bir qanuna sığmayacaq hərəkətlər edirlər. Zəng eləyib hətta təhqir belə edirlər. Bu yaxınlarda atamı darRayona çağırıb hədə-qorxu gəliblər. Hətta  rayonda atama deyiblər ki, oğlunun həbsinə hazırlıq gedir və biz ona özümüzü sübüt edəcəyik.

Mən anlamıram ki, bu məmurlar kimə güvənib bu addımı atırlar. Mənə qarşı bu təzyiqlərin arxasında  deputat Hacı İqbal Məmmədov və Lerik rayon icra başçısının birinci müavini Cəlil Baxşiyev dayanır. Çünki mənim Hacı İqbal Məmmədov və Cəlil Baxşiyev haqqında araşdırmalarım onları özündən çıxarıb".

Qaynar.info