Xəbər lenti

Leş əti əhaliyə təzə adı ilə necə satılır? - ŞOK
Ölkə18:19 27.04.2016

Leş əti əhaliyə təzə adı ilə necə satılır? - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 26-da DİN Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) mütəxəssislərinin iştirakı ilə mənşəyi məlum olmayan, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçiriblər.
Reyd zamanı Bərdə rayonundan paytaxta gələn Mustafayev Ramin Fuad oğlunun idarə etdiyi "Mersedes C-230" markalı 99 FL619 dövlət nömrə nişanlı avtomobil Qaradağ rayonunda Dövlət Yol Polisi postunda saxlanılıb və baxış keçirilib.
Bu barədə virtualaz.org saytına DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
Y.Xanvəli bildirib ki, avtomobilində 140 kq mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan heyvan cəmdəkləri aşkar olunub.
Respublika Baytarlıq Laboratoriyasında yoxlanılan nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Müəyyən edilib ki, ətlər aqoniya vəziyyətində və öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanlara məxsusdur.
Qaynarinfo.az